Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Hər iki qardaş ölkənin vətəndaşları bu birliyə sadiq qalmalıdır

0

  •      Hələ 1918-ci ildə Osmanlı dövlətinin hərbi naziri Ənvər Paşanın əmri ilə  müsəlmanlardan ibarət  hərbi ordu yaradılmışdır. Həmin orduya Nuru Paşa rəhbərlik etmişdir. Bu böyük şəxsiyyətlərin adlarını təsadüfi çəkmədim. Aradan bir əsrdən çox zaman keçməsinə baxmayaraq, yenə o ənənə davam edir. Türkiyə-Azərbaycan qardaşlığı, dostluğu, sıx münasibətlər ölkəmizə çox şey edir. Bu münasibətlər hər iki ölkənin siyasi, iqtisadi əlaqələrin qurulmasında, hərbi qüvvələrin ölkəmizlə təmasını da xüsusi qiymətləndirmək lazımdır. Ölkə başçıları, müdaifə nazirləri, arasında təmənnasız hərbi yardım, maliyyə yardımı və bir sıra əməkdaşlıq üzrə sazişlər imzalanmışdır. Bu da ölkərərarası ittifaqın güclənməsi və inkişafı üçün təqdirəlayiqdir.      Cəmiyyətimizin hər bir vətəndaşı-istər müəllim ordusu, istər həkim ordusu, istərsə də sıravi vətəndaşları olsun, hər kəs bu ardıcıllığa sadiq qalmalıdır. Dövlətimizin bu siyasətini, ikitərəfli  əlaqələri dəstəkləməli, hər zaman da bu yolda öz bacarıq və səylərini göstərməlidirlər.      Ölkəmizin, Vətənimizin daha inkişafı üçün,  Qarabağın tezliklə azadlığı üçün, bu cür addımları önə çəkməli və güclü ordumuzun daha da güclənməsi üçün can-başla xidmətkar olmalıyıq.Rövşən Atakişiyev,Xocalı şəhər 2 saylı tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi05.09.2020
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi4 il öncə
    İzlənib44 dəfə
    Hər iki qardaş ölkənin vətəndaşları bu birliyə sadiq qalmalıdır

    Maraqlı gələ bilər
    48
    45